XalqOnline

Dili dəyiş

az

Maliyyə idarəetməsi, hesabatlıq və daxili nəzarət prosesləri haqqında məlumat

1. ASC “Xalq” Bankında korporativ idarəetmə standartlarına müvafiq olaraq maliyyə idarəetməsi və hesabatlılıq sistemi yaradılmış, daxili nəzarət prosesləri müəyyən edilmişdir.

2. Bankın Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) normativ-hüquqi sənədlərinə müvafiq olaraq mühasibat uçotunu aparır.

3. Bankda effektiv maliyyə idarəetmə sistemi tətbiq edilərkən aşağıdakı prinsiplər rəhbər tutulur:

  • hesabat formalarının sadə, aydın və başadüşülən olması;
  • hesabatların müddətliyinin və təqdimetmə müddətinin strukturların normal iş rejiminə maneçilik törətməməsi;
  • hesabatların struktur vahidlərinin bilavasitə fəaliyyətinə aid olması;
  • lüzumsuz hesabatların tələb olunmaması;
  • hesabatlarda təkrarçılığa yol verilməməsi.

4. Maliyyə vəziyyətinin qiymətləndirilməsi məqsədilə AMB-nın qaydalarına əsasən Bank prudensial və statistik hesabatlar hazırlayır və müəyyən olunmuş müddətdə AMB-yə təqdim edir.

5. Xalq Bankda əsasən aşağıdakı hesabatlar tərtib edilir:

  • Prudensial hesabat. 10 təqvim günü (aylıq hesabatdır)
  • SD hesabatı. 10 təqvim günü (aylıq hesabatdır)
  • Köməkçi hesabat. Hesabat tarixindən sonrakı 2 (iki) iş günü (aylıq hesabatdır)
  • Tədiyyə balansı. 10 təqvim günü (aylıq hesabatdır)
  • Ehtiyat fondu haqqında hesabat (rəqəmsal balans, balans hesabatları üzrə qalıqlar, balansdankənar hesablar). Hesabat tarixindən sonrakı 2 (iki) iş günü (yarımaylıq hesabatdır)
  • Kapitalın hərəkəti ilə bağlı köçürmələr barədə hesabat. 10 təqvim günü (aylıq hesabatdır)
  • Qeyri-rezident şəxslərdən (fiziki şəxslər istisna olmaqla) cəlb edilmiş müddətli öhdəliklər haqqında hesabat. 10 təqvim günü (aylıq hesabatdır)
  • Nağd valyuta mübadiləsi əməliyyatları üzrə hesabat. Hesabat tarixindən sonrakı 2 (iki) iş günü (yarımaylıq hesabatdır)

6. Bankın maliyyə hesabatları və təsərrüfat fəaliyyətini əhatə edən (qanunla qorunan məlumatlar istisna olmaqla) məlumatlar Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydalara uyğun olaraq KİV-lər vasitəsilə dərc edilir.

7. Bankda maliyyə nəzarətini həyata keçirmək üçün mütəmadi olaraq təhlillər aparılır və təsərrüfat prosesləri proqnozlaşdırılır. Bunun üçün Bankda funksional bölmə fəaliyyət göstərir və aşağıdakıları həyata keçirir:

  • təsdiq olunmuş illik büdcənin bütövlükdə bank, o cümlədən, struktur bölmələri üzrə icrasına nəzarəti həyata keçirir;
  • Bankın bütün struktur bölmələrindən və filiallardan toplanmış məlumatlar əsasında Bankın maliyyə təhlili aparılır;
  • Bankdaxili hesablar üzrə əməliyyatlara nəzarəti həyata keçirir;
  • Bankın bütün struktur bölmələrinin və filiallarının gəlirliyinin qiymətləndirilməsi və xərclərə nəzarət edilməsi üçün onlardan statistik məlumatları toplayır, onları icmallaşdırır və təhlil edir, əldə olunmuş nəticələri təhlil sənədləri ilə birlikdə İdarə Heyətinə təqdim edir;
  • Bankın aktiv və passivlərinin idarə edilməsi strategiyasının səmərəliliyini qiymətləndirir.

Bank Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş müddətdə illik maliyyə vəziyyətini (maliyyə ili 1 yanvar – 31 dekabradək olan müddəti əhatə edir) özündə əks etdirən Maliyyə Hesabatlarını hazırlayır. Hesabatlar kənar auditor tərəfindən təsdiq edildikdən sonra Müstəqil Auditor Rəyi ilə birlikdə AMB-yə təqdim edilir və Bankın internet saytında yerləşdirilir.