1 May 2026
Xalq Bank First Abu Dhabi Bankda müxbir hesab açdı
Xalq Bank beynəlxalq maliyyə institutları ilə əlaqələri inkişaf etdirərək Birləşmiş Ərəb Əmirliklərinin ən böyük bankı olan First Abu Dhabi Bankı ilə müxbir əlaqələri qurmuşdur.
Bu tərəfdaşlıq Xalq Bankın beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində növbəti uğurlu addım olmaqla yanaşı, müştərilərə təqdim olunan beynəlxalq ödəniş həllərində səmərəliliyin artırılmasına və maliyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsinə xidmət edir. Yeni əməkdaşlıq beynəlxalq ödənişlərin daha sürətli və çevik həyata keçirilməsi imkanlarını təqdim edir. Həmçinin geniş müxbir bank şəbəkəsi xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkar müştərilərə etibarlı və keyfiyyətli bank xidmətlərindən yararlanmaq üçün əlavə imkanlar təqdim edir.
Hazırda Xalq Bank regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biridir. Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir.