5 Noyabr 2026
Xalq Bank ağacəkmə aksiyasında iştirak etdi
Noyabrın 4-də Xalq Bank əməkdaşları Müşfiqabad qəsəbəsində təşkil olunan növbəti ağacəkmə aksiyasında iştirak etdi.
Aksiya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı (Mərkəzi Bank), Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), Azərbaycan Kapital Bazarları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası (AzFina) arasında 13 mart 2023-cü il tarixində imzalanmış “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində həyata keçirilir.
Layihə çərçivəsində 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumi olaraq 1 milyon ağac əkilməsi nəzərdə tutulmuşdur.
Aksiya Xalq Bankın ətraf mühitin qorunması və dayanıqlı inkişafın təşviqinə yönəlmiş korporativ sosial məsuliyyət fəaliyyətinin tərkib hissəsidir.