Xalq Bank müxtəlif təyinatlı birdəfəlik ödənişlər üçün (sığorta ödənişləri, birdəfəlik sosial müavinətlər və s.) istifadəçisi eyniləşdirilmiş əvvəlcədən ödənilmiş kartlar emissiya edir.
Təmassız texnologiyalar ilə təchiz olunmuş, yalnız əvvəlcədən mədaxil edilmiş vəsait həcmində əməliyyatların aparılmasına imkan verən bu kartlar ölkə ərazisində Xalq Bankın və yaxud digər bankların (qüvvədə olan tariflərə uyğun komissiya haqqı ödəməklə) filial/bankomatları vasitəsilə nağdlaşdırıla bilər və hər hansı xidmət və məhsulun ödənilməsi üçün istifadə edilə bilər.
Rəsmiləşdirilməsi üçün hesabın açılması lazım deyil
İstənilən ATM-dən nağdlaşdırma imkanı
Təmassız ödəmə
Vəsaitlərdə nağdsız istifadə imkanı
Kartlara nağd əməliyyatlar üçün illik 15 000 AZN məbləğində limit təyin edilmişdir.
Bankomatlar vasitəsilə nağd vəsaitin əldə edilməsi əməliyyatlarına günlük 5 000 AZN məbləğində limit mövcuddur.
Karta mədaxilə icazə verilmir.