Girov təminatı: Dövlət reyestrindən çıxarışı olan yaşayış sahəsi
Ödəniş üsulu: Annuitet (aylıq ödəniş məbləği əməkhaqqının 70%-dən çox olmamalıdır)
Komissiya: Yoxdur
Borcalan(lar)ın həyat sığortası və girov təminatı olan daşınmaz əmlakın sığortası tətbiq edilir.
ARİKZF vəsaiti hesabına verilən ipoteka kreditləri üzrə alınan yaşayış sahəsi "01" Yanvar 1970-ci ilin tarixdən sonra tikilən köhnə tikili binada mənzil, bağ evi və ya fərdi yaşayış evi və "01" Yanvar 2005-ci il tarixədək inşa edilmiş Yeni tikili binada mənzil olduqda ilkin ödəniş yaşayış sahəsinin dəyərinin minimum - 30%-ni təşkil etməlidir.
Alınan yaşayış sahəsi "01" Yanvar 2005-ci il tarixdən sonra inşa edilmiş Yeni Tikili binada mənzil olduğu təqdirdə isə ilkin ödəniş yaşayış sahəsinin dəyərinin minimum - 20%-ni təşkil etməlidir.
Kim əldə edə bilər?
Borcalan qismində bir neçə fiziki şəxsin çıxış edə bilməsi
Yaş həddi: 18 yaşdan - Kreditin son ödəniş tarixinə borcalanın (borcalanların) yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır
İş stajı: son iş yerində minimum 6 ay