Müştərilərə iki giriş forması təklif olunur: Avtorizasiya (İstifadəçi adı və şifrə ilə) və Asan İmza ilə giriş.
Sistemə qoşulma üçün imzaladığınız ərizə formasında qeyd olunan mobil nömrəyə bank tərəfindən müvəqqəti şifrə SMS vasitəsilə göndərilir.
Avtorizasiya bölməsində nömrə və müvəqqəti şifrəni daxil etdikdən sonra sistem yeni şifrə təyin etməyinizi tələb edəcək. Şifrə dəyişdirildikdən sonra yenidən daxil olmalı və nömrəyə göndərilən OTP kodu təsdiq etməlisiniz.
Tətbiqin giriş səhifəsindəki "Şifrəni unutdum" düyməsi vasitəsilə FİN kod və mobil nömrənizi daxil edərək şifrəni sıfırlaya və yenisini təyin edə bilərsiniz.
Əsas səhifədən Kartın üzərinə sıxmaqla "Kartın ayarları" bölməsindən ATM və POS vasitəsilə nağdlaşdırma, həmçinin nağdsız ödənişlər və e-kommersiya əməliyyatları üzrə fərdi limitlər təyin edə bilərsiniz.
Kart itirildikdə və ya oğurlandıqda tətbiq üzərindən Kartın üzərinə sıxmaqla "Kartın ayarları" bölməsindən "Müvəqqəti bloklaşdırma" funksiyasını aktivləşdirə bilərsiniz. Həmçinin, yanlış daxil edilmiş 3 PİN cəhdini də bu bölmədən sıfırlamaq mümkündür.
Çıxarışı yüklə" bölməsində hesab dövriyyəsini PDF və ya XLS formatında endirə, yaxud birbaşa tətbiqdən e-poçt vasitəsilə göndərə bilərsiniz.
Bəli, "Sifariş ərizələri" və ya "Əmək haqqı layihəsi" bölməsindən kart növünü, valyutasını və təhvil alınacaq filialı seçərək yeni kart sifarişi verə bilərsiniz.
Xalq Online vasitəsilə daxili və beynəlxalq köçürmələr, büdcə ödənişləri, kartdan karta/hesaba köçürmələr və Rusiya Federasiyasına RUB valyutasında ödənişlər mümkündür.
Müəyyən dövr üzrə təkrarlanan ödənişlər üçün tarix aralığı və icra tezliyi (Gündəlik, Həftəlik, Aylıq) təyin edərək "Dövri Ödənişlər" yarada bilərsiniz.
ANI PAY bölməsində qeydiyyatdan keçərək vəsaiti alan tərəfin rekvizitləri (VÖEN, nömrə və s.) üzrə 24/7 rejimində anlıq ödənişlər edə bilərsiniz.
Bəli, Ticarət platforması vasitəsilə fərdi məzənnə üçün müraciət edə, xəzinədarlıq tərəfindən təsdiqlənmiş əqdləri imzalayaraq konvertasiya edə bilərsiniz.
Bəli, "Sənədlər" bölməsində son 90 gün üzrə bütün əməliyyatları görə və sənədi imzalayan şəxslərin sıralamasını izləyə bilərsiniz.
Bəli, kartın növünü, valyutasını və filialı seçərək tətbiq üzərindən yeni kart sifarişi mümkündür.
Tarixçə" bölməsində tapdığınız sənədin üzərinə klikləyərək "Çap formaya baxmaq" seçimi ilə qəbzi əldə edə bilərsiniz.
Müştərilərə üç növ biznes krediti təklif edilir: Biznes krediti, SİF vəsaiti hesabına kredit və Kənd təsərrüfatı krediti. Müraciət zamanı 12 aylıq bank çıxarışı və vergi bəyannamələrini yükləmək tələb olunur.
"İnvestisiyalar" bölməsində tələb olunan anketləri (KYC, PEP, CRS) doldurub Asan İmza ilə imzalayaraq ADOC formatında banka göndərməlisiniz.
"Qiymətli kağızlar bazarı" bölməsində Bakı Fond Birjasında olan kağızların siyahısı ilə tanış olub "ALMAQ" düyməsi ilə alış edə bilərsiniz.
Sistemdə icra olunan əməliyyatların tarixçəsini maksimum 90 gün aralığında filtrləyərək izləmək mümkündür.
Hər hansı xata, şikayət və ya istək halında "Banka Müraciət" bölməsindən mövzu seçərək fayl əlavəsi ilə birbaşa sorğu göndərə bilərsiniz.