XalqOnline mobil tətbiqi

Online consultant

Send us your suggestions and comments

Call you?

Your order has been sent successfully.

Bank will contact you till 9:00 to 18:00 .

Filliallar və bankomatlar

News

30 Dec 2021

Bankların müştərilərə göstərdiyi xidmətlər üzrə Vergilər Məcəlləsində olan bəzi önəmli dəyişikliklər barədə sahibkar və hüquqi şəxslərin məlumatlandırılması

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Vergilər Məcəlləsinə edilmiş 29.12.2021-ci il tarixli dəyişikliyə əsasən Məcəlləyə 16.11.-ci maddə əlavə edilmişdir. 
Bu maddə ilə bankların müştərilərə göstərdiyi xidmətlərlə bağlı edilmiş dəyişiklikləri diqqətinizə çatdırmaq istərdik.

16.11. Vergi ödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatı aparılarkən əməliyyatı həyata keçirən banka və ya bank əməliyyatlarını həyata keçirən digər şəxslərə təqdim edilən ödəniş tapşırığında aşağıdakı məlumatlar göstərilir: 
16.11.1. bu Məcəllənin 71-1.5-ci maddəsində göstərilən əməliyyatlar üzrə – elektron qaimə-fakturanın seriya və nömrəsi. Təqvim ayı ərzində eyni vergi ödəyicisindən müntəzəm və daimi əsaslarda alınan və elektron qaimə-fakturalar ilə rəsmiləşdirilən mallara (işlərə, xidmətlərə) görə ödəniş aparılarkən belə əməliyyatlar üzrə - tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi; 
16.11.2. xarici ticarət fəaliyyəti üzrə –yük gömrük bəyannaməsinin seriya və nömrəsi, işlərin və xidmətlərin alışı ilə bağlı hesab-faktura (invoys) sənədinin tarixi və nömrəsi; 
16.11.3. borc ödənişləri üzrə – təyinatında borc ödənişi olduğu göstərilməklə tərəflər arasında bağlanmış borc müqaviləsinin və ya borcun ödənilməsinə dair tələbnamənin tarixi və nömrəsi; 
16.11.4. avans ödənişləri üzrə – təyinatında avans ödənişi olduğu göstərilməklə tələbnamənin, yaxud tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi. 

Bu maddə ilə nəzərdə tutulmuş müddəalar Qanuna əsasən 2022-ci il yanvarın 1-dən qüvvəyə minir və həmin tarixdən etibarən Vergilər Məcəlləsinin 16.11-ci maddəsində nəzərdə tutulan məlumatları ödəmə tapşırığında göstərməyən və ya təhrif edilməklə göstərən vergi ödəyicisinə Vergilər Məcəlləsinə əlavə edilmiş 57.7-ci maddəsinə əsasən vergi orqanın qərarı ilə hər belə ödəmə tapşırığına görə 100 manat məbləğində maliyyə sanksiyasının tətbiqi nəzərdə tutulmuşdur. 

Nəzərə almağınızı xahiş edirik.

https://static.president.az/media/W1siZiIsIjIwMjEvMTIvMjkvMXoxYjAyZ2ZjNV9RQU5VTl9WRVJHX01fQ19MTF9ZRU5JLnBkZiJdXQ?sha=67e0c52a50dcab4b

 

The Press about the Bank