Xalq Bank müştərilərinə ən müasir texnoloji həllər əsasında qurulmuş XalqOnline internet bankçılıq sistemini təqdim edir. Bankın filiallarında müştəriyə təklif olunan bank xidmət və məhsullarından distant və təhlükəsiz şəkildə, 24/7 rejimində XalqOnline sistemi vasitəsilə yararlanmaq mümkündür.
Banka gəlməyə, tıxac və növbələrdə vaxt itiməyə ehtiyac yoxdur, internet olan hər yerdə müasir, geniş imkanlara malik bank texnologiyasından rahatlıqla istifadə edə bilərsiniz.
Rahat, çevik və sürətlidir!
Yenilənmiş sistem fiziki və hüquqi şəxslərə bir platforma daxilində xidmət göstərir. Siz şəxsi kabinetinizi yaratmaqla buradan həm fərdi, həm də korporativ hesablarınızı idarə edə bilərsiniz.
XalqOnline dünyanın istənilən nöqtəsindən ölkədaxili və beynəlxalq pul köçürmələri, kommunal ödənişlər, konvertasiya, əməkhaqqı ödənişləri, şəxsi və korporativ kartlar üzrə əməliyyatlar, şablonlar və öncə edilən ödənişləri təkrarlamağa, ödənişlərin toplu şəkildə həyata keçirməyə, həmçinin, hesab qalığı və əməliyyatlar üzrə çıxarışlar əldə etməyə imkan verir.
XalqOnline tapşırığınıza əsasən dövri ödənişləri icra etməklə, kommunal xidmətləri ödəməklə, hesablara nəzarət etmək və xərcləri optimallaşdırmaqla Sizin vaxtınıza və pulunuza qənaət edir!
Təhlükəsizdir!
XalqOnline-da müasir texnologiyalar, rəqəmsal identifikasiya alətləri və məlumatların şifrələnməsi sayəsində bütün əməliyyatlar tam təhlükəsizdir. Bank hüquqi şəxslər və sahibkar fiziki şəxslərin eləcə də onların nümayəndələrinin XalqOnline-dən istifadə səlahiyyətlərini tam nəzarətdə saxlayır.
Pulsuzdur!
XalqOnline sisteminə qoşulma və istifadə pulsuzdur
XalqOnline sistemi istifadəçilərə bu üstünlükləri verir:
Dünyanın hər yerindən, 24/7 rejimində bank xidmətlərindən istifadə
Əməliyyatların onlayn icrası sayəsində iş yükünün azalması və vaxta qənaət
Əməliyyatlar üçün sərfəli tariflər
Bir Login ilə fərdi və korporativ hesablar arasında çevik keçid imkanı
ASAN imza vasitəsilə sistemə daxil olmaq və sənədləri imzalamaq imkanı
İcra olunmuş ödəniş tapşırıqlarının redaktə və təkrarlama imkanı
İcra olunmuş sənədin çapı
Ödənişlərin icra mərhələsində izlənilməsi
Bankla onlayn konsultasiya xidməti
AZN və xarici valyuta məzənnələri
AZ/EN/RU dillərində rahat interfeys
Xalq Online ilə artıq bir çox bank əməliyyatlarınızı bir kabinetdən idarə edə bilərsiniz. Yenilənmiş sistemdə aşağıdakı funksional imkanlar mövcuddur:
Hesablar üzrə:
Hesablar üzrə qalıqların izlənilməsi
Hesabların rekvizitləri və aparılan əməliyyatlar barədə məlumatların alınması
Gündəlik, həftəlik və aylıq olan dövri ödənişlərin yaradılması və avtomatlaşdırılması
Hesablara fərdi adın təyin edilməsi
Əmanətin məbləği, müddəti, başlanğıc və bitmə tarixi, hesablancaq faizlər haqqında məlumatların əldə edilməsi
Kreditlər üzrə:
Mövcud kreditlər üzrə borc, kredit faizi, müddəti, qalıq məbləği, aylıq ödəniçi və kredit tarixçəsi haqqında məlumatların əldə edilməsi
Kredit ödənişləri
Ödəniş kartları üzrə:
Kart hesabı haqqında məlumatın açıqlanması – kart üzrə ümumi məlumatlar
SMS-məlumatlandırma xidmətinə qoşulma, xidmətə qoşulmuş mobil nömrənin dəyişdirilməsi və xidmətin ləğvi
Kartın müvəqqəti bloklanması və blokdan çıxarılması
Kartlara fərdi adların təyin olunması
Kartdan karta və cari hesablara ani köçürmələrin icrası
Rabitə, kommunal, sığorta, əyləncə, dövlət və s. xidmətlərin ödənilməsi
Ödəniş şablonların yaradılması
Kart vasitəsilə dövri ödənişlərin aparılması.
Əməliyyat növləri:
Ölkədaxili ödəniş tapşırıqları
Büdcə ödənişləri
ƏDV ödənişləri
Beynəlxalq valyuta köçürmələri
Müştərinin öz hesabları arasında ani köçürmələr
Valyuta mübadiləsi
Əməkhaqqı köçürmələri
Cari hesabdan kart hesabına ani köçürmələr
Aparılmış əməliyyatlar üzrə sənədləri çap etmək imkanı
Əməliyyatların cari statusu haqqında məlumatlar
Şablonların yaradılması
Toplu ödənişlərin icrası
Bankdaxili və dövlət ödənişlərində hesab üzrə məlumatların avtomatik doldurulması.
XalqOnline sisteminə daxil ol
Istifadəçi təlimatı burada