Online consultant

Send us your suggestions and comments

Call you?

Your order has been sent successfully.

Bank will contact you till 9:00 to 18:00 .

Filliallar və bankomatlar

Branches and ATMs

The best way to find us

News

22 Jul 2020

Xalq Bank I yarımilin yekun nəticələrini açıqladı

2020-ci ilin II rübünün yekunlarına əsasən ölkənin ən böyük özəl banklarından biri olan ASC “Xalq” Bankının  aktivləri 2 168.97 mln manat təşkil edib. Cari ilin 1 iyul tarixinə Bankın cəmi kapitalı ötən ilin analoji dövrünə nisbətdə 7.43% artaraq 428.90 mln manata çatdırılıb.

Bankın kredit portfelinin həcmi 2019-cu ilin analoji dövrünün sonu ilə müqayisədə 2.83% artaraq 1 565.77 mln manata çatıb, müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi isə ötən ilin müvafiq dövrünün yekunu ilə müqayisədə 2.96% artaraq 1 430.99 mln manat təşkil edib.

Bankın xalis faiz gəlirləri ötən ilin müvafiq dövrünün nəticələri ilə müqayisədə 6.46% artaraq 40.79 mln manat təşkil edib, əməliyyat mənfəəti 31.91% artım sayəsində 31.14 mln manata çatıb. Bank I yarımili 17.18 mln manat xalis mənfəətlə başa vurub, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 9.67% artıb.

Maliyyə-təsərrüfat fəaliyyətinin cari ilin altı ayının nəticələri Xalq Bankın ölkənin maliyyə sektorunun lider banklardan biri olduğunu bir daha təsdiqləyir və Bankın mövqelərinin daha da möhkəmdiyini söyləməyə əsas verir.

 

The Press about the Bank