XalqOnline mobil tətbiqi

Online consultant

Send us your suggestions and comments

Call you?

Your order has been sent successfully.

Bank will contact you till 9:00 to 18:00 .

Filliallar və bankomatlar

News

2022-05-25

Xalq Bankın Premium Visa kartları ilə pulsuz transfer xidmətindən siz də yararlanın!

Xalq Bankın Premium Visa kartları kart sahibinə bir çox üstünlüklərdən yararlanmaq imkanı verir. Bunlardan biri də pulsuz transfer xidmətidir.

Xalq Banka məxsus Visa Platinum və Visa Infinite kart sahibləri Heydər Əliyev Beynəlxalq Aeroportuna (GYD) gediş-gəliş zamanı Bakı və Abşeron yarımadası hüdudlarında pulsuz transfer xidmətindən istifadə edə bilərlər.

Bu xidməti sifarişi Visa Concierge çat-botu vasitəsilə həyata keçirmək mümkündür.

Pulsuz transferdən yararlanmaq üçün:

  • Visa Concierge çat-botunda qeydiyyatdan keçdiyinizdən əmin olun;
  • “Aeroport transferi” menyusunda “Xidməti sifariş et” bölməsinə keçid edin;
  • qaydalarla tanış olun və qəbul edin;
  • reysin nömrəsini, tarixini, şəxslərin sayı, baqaj sayını, öz adınızı, soyadınızı və əlaqə nömrənizi qeyd edin;
  • sifarişin təsdiqi ilə bağlı bildirişi alın.

 

Təklif 28 fevral 2023-cü ilədək qüvvədədir.

Həmçinin qeyd etmək lazımdır ki, Visa Platinum kart sahibləri qeyd olunan xidmətdən il ərzində 2 dəfə, Visa Infinite kart sahibləri isə 6 dəfə yararlana bilərlər.

The Press about the Bank