XalqOnline mobil tətbiqi

Online consultant

Send us your suggestions and comments

Call you?

Your order has been sent successfully.

Bank will contact you till 9:00 to 18:00 .

Filliallar və bankomatlar

News

2022-04-28

Xalq Bankın rəhbər heyəti Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yeni tətbiq olunmuş “Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası” üzrə təlimdə iştirak etmişdir.

23 aprel 2022-ci il tarixdə ASC “Xalq” Bankının İdarə Heyəti üçün  Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yeni tətbiq olunmuş “Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası” mövzusunda “Conim Cert” MMC tərəfindən təlim keçirildi.

Təlimin məqsədi ölkənin bank sektorunda informasiya təhlükəsizliyinin təmin edilməsi, xüsusilə də mümkün kiberhücumların vaxtında aşkar edilməsi, mənfi təsirlərin azaldılması və onların qarşısının vaxtında alınmasının daim diqqət mərkəzində saxlanmasıdır.

Hazırda regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biri olan Xalq Bank, öz müştərilərinə ən qabaqcıl və əlverişli xidmət və məhsulları təklif etməklə yanaşı, bankın kibertəhlükəsizliyi sahəsində imkanlarını daim genişləndirir və təkmilləşdirir.

Məlumat üçün bildirmək lazımdır ki, Mərkəzi Bankın İdarə Heyətinin Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası” və kibertəhlükəsizlik tələbləri Beynəlxalq ISO/IEC 2700X standartlarının bazasında hazırlanmışdır.

The Press about the Bank