24 February 2025

Get XalqKart free

Müştərilərə müxtəlif loyallıq imkanları təqdim edən XalqKartı indi pulsuz əldə etmək mümkündür. 24 fevral – 30 aprel tarixlərdə 3 illik XalqKart Petrol və XalqKart Cashback kartları müştərilərə pulsuz təqdim ediləcək.

Xalq Bankın təqdim etdiyi XalqKart Petrol kartı ilə müştərilər həm ölkə daxilində, həm də xaricdə apardığı nağdsız ödənişlərdən 3% bonus qazanıb toplanmış bonusları ölkənin ən geniş Azpetrol YDM şəbəkəsində yanacağa dəyişə bilərlər. XalqKart Cashback kartı isə nağdsız əməliyyatlardan 2% keşbek qazandıran ödəniş kartıdır. Hər iki kartda olan digər üstünlüklər bunlardır:

-           AZN qalığına illik 8% əlavə gəlir;

-           ölkədaxili bütün kartlara aylıq 5000 AZN-dək komissiyasız köçürmə;

-           aylıq 1000 AZN-dək komissiyasız nağdlaşdırma;

-           onlayn sifariş və pulsuz çatdırılma.

Hər bir kart üzrə müştəri aylıq 300 AZN məbləğində keşbek qazana bilər. Qeyd edək ki, kampaniyaya ayrılmış kart sayı məhduddur.

XalqKartı Bankın filiallarında, yaxud https://cardorder.xalqbank.az/ səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür. Bakı ərazisində çatdırılma pulsuzdur.