9 June 2026
Xalq Bank has launched the Digital Deposit service.
Müştərilərə rahat maliyyə həlləri təqdim etməyə davam edən Xalq Bank yeni rəqəmsal əmanət xidmətini istifadəyə verdi. Yeni xidmət sayəsində müştərilər bank filialına müraciət etmədən, istənilən vaxt və məkandan mobil tətbiq vasitəsilə əmanət hesabı açaraq vəsait yerləşdirə bilərlər.
XalqOnline tətbiqi vasitəsilə rəsmiləşdirmə müştərilərə həm vaxta qənaət etmək, həm də vəsaitlərini illik 10.5 %-dək gəlirlə dəyərləndirmək imkan yaradır. Rəqəmsal əmanət müddətli (sabit) və artırıla bilmə imkanları ilə təqdim edilir. Əmanəti 3/6/9/12/18/24 ay müddətinə AZN, 6/9/12/18/24 ay müddətinə ABŞ dolları valyutasında yerləşdirmək mümkündür. Qeyd edək ki, xidmətdən yalnız XalqOnline istifadəçisi olan Xalq Bank müştəriləri yararlana bilərlər.
Məhsulun şərtləri ilə bağlı ətraflı: https://www.xalqbank.az/en/personal/deposits/digital-en
Müştəri təcrübəsinin təkmilləşdirilməsi və maliyyə xidmətlərinə çıxışın asanlaşdırılması məqsədini daşıyan xidmət sadə və sürətli rəsmiləşdirmə prosesi ilə yanaşı, yüksək gəlirlilik və təhlükəsiz bankçılıq imkanları təklif edir. Rəqəmsal əmanət həmçinin ekoloji məsuliyyət prinsiplərini dəstəkləyir, kağız sənəd dövriyyəsinin azaldılması və resurslardan səmərəli istifadə ilə ekoloji cəhətdən dayanıqlı yanaşma formalaşdırır.
Xatırladaq ki, hazırda Xalq Bank tərəfindən keçirilən stimullaşdırıcı “Əmanət” lotereyası davam edir. 4 tirajdan ibarət olan lotereyada iştirakçıları əsas uduş olan 2 ədəd 50 000 AZN də daxil olmaqla müxtəlif məbləğlərdə pul mükafatları gözləyir.
Lotereyanın birinci tiraj mərhələsinin başa çatmasına az müddət qalıb: müştərilər 30 iyun tarixinədək Xalq Bank filiallarında və ya XalqOnline tətbiqi ilə rəqəmsal kanalla əmanət yerləşdirərək bu tirajda iştirak şansı əldə edə bilərlər. İlk şanslı qaliblərin adları isə 10 iyul tarixində elan olunacaq.
Şərtlərə əsasən, 1 aprel-30 dekabr 2026-cı il tarixlərində Xalq Bankın Bakı və Sumqayıt şəhərlərində yerləşən filiallarında minimum 500 AZN / 300 USD, digər regionlarda yerləşən filiallarda isə minimum 250 AZN / 150 USD məbləğində əmanət yerləşdirən müştərilər lotereyada iştirak etmək şansı əldə edirlər. Ətraflı: https://www.xalqbank.az/en/personal/campaigns/lotereya-en?include=menu