6 March 2026

Xalq Bankdan 8 Mart kampaniyaları

Xalq Bank 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə XalqKart sahibləri üçün xüsusi keşbek kampaniyası təqdim edir.  7-9 mart tarixlərində hədiyyə, parfümeriya, gül dükanları və gözəllik salonlarında XalqKart ilə edilən ödənişlərdə müştərilər 8% keşbek/petrol qazanacaqlar.
Əlavə olaraq, həmin tarixlərdə premium imtiyazlı Mastercard Black Edition və Visa İnfinite kartları xanımlar üçün satış qiyməti və ya ilkin ödəniş məbləğinə 60% endirimlə, 1 illik VİSA Gold kartları isə pulsuz təqdim edilir. Təklifdən yararlanmaq üçün https://cardorder.xalqbank.az/  səhifəsində XB8MART promokodunu tətbiq etməklə onlayn sifariş etmək mümkündür.