4 June 2024
Xalq Bank və “Zolotaya Korona”dan yeni kampaniya!
Xalq Bank “Zolotaya Korona” sürətli pul köçürmə sistemi üzrə yeni hədiyyəli kampaniyaya start verir.
Bu gündən etibarən Xalq Bankın istənilən filialında “Zolotaya Korona” təcili pulköçürmə sistemi vasitəsilə əməliyyat edən hər kəs hədiyyə qazanmaq şansı əldə edəcək.
Belə ki, 3 ay davam edəcək kampaniya ərzində:
- hər ay 10 ən çox məbləğdə pul göndərən;
- 10 ən çox məbləğdə vəsait qəbul edən müştəri fotoprinter, ağıllı saat, qulaqlıq, danışıq dəqiqələri və s. kimi müxtəlif dəyərli hədiyyələr əldə edəcəklər.
Qeyd edək ki, “Zolotaya Korona” sistemi ilə Rusiya, MDB, Avropa ölkələri və digər ölkələr üzrə 20 000-ə yaxın məntəqəyə sərfəli tariflərlə pul köçürmək və ya almaq mümkündür.
Kampaniya 31 avqustadək qüvvədədir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.