19 March 2026
Xalq Bankdan Novruza özəl endirim təklifi
Xalq Bank Novruz bayramı münasibətilə təqdim etdiyi kampaniya ilə premium kartları endirimli şərtlərlə əldə etmək imkanı yaradır. Belə ki, müştərilər 20 mart-31 mart tarixlərində Xalq Bankın Mastercard Black Edition və Visa Infinite ödəniş kartlarını birdəfəlik xidmət haqqına və ya ilkin mədaxilə 50% endirimlə əldə edə bilərlər.
Premium seqmentə aid bu kartlar dünyanın istənilən nöqtəsində səyahət və həyat tərzi üzrə geniş imtiyazlar, sığorta paketləri, konsyerj xidmətləri və digər eksklüziv üstünlüklər təqdim edir. İmtiyazlar sırasına hava limanına transfer, biznes zallara ziyarət, sürətli keçid kimi xidmətlər də aiddir.
Endirimdən yararlanmaq üçün müştərilər MC Black Edition və Visa Infinite kartlarını https://cardorder.xalqbank.az/?card=9 keçid edərək onlayn sifariş edə bilərlər. Bakı ərazisində pulsuz çatdırılma xidməti aktivdir.
Xalq Bank xalqımızı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edir, əmin-amanlıq, ruzi-bərəkət və firavanlıq arzulayır!