Xalq Bankın daxili ipoteka krediti ƏƏSMN-in layihəsində

Xalq Bank Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən binalardakı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilən mənzillərin onlayn satışı layihəsinə qoşulur. Layihə çərçivəsində mənzilə sahib olmaq üçün Xalq Bankın öz vəsaiti hesabına illik 9%-lə və 22 il müddətinə təklif etdiyi sərfəli ipoteka kreditindən yararlanmaq mümkündür.

Satış 23 yanvar 2023-ci il, saat 10:00-dan başlayaraq ƏƏSMN tərəfindən hazırlanmış elektron portal – www.ms.sosial.gov.az  vasitəsilə həyata keçiriləcək. Portalda mənzillərlə bağlı ətraflı məlumat təqdim olunur. 

Qeyd edək ki, mənzillərin portal üzərindən satışı 01.07.2023-cü il tarixədək davam edəcək.

Layihə barədə ətraflı məlumatla https://www.sosial.gov.az/Menzil-almaq-isteyenlerin-nezerine_641405 səhifəsinə keçid edərək tanış ola bilərsiniz.