23 October 2023

XalqKart Petrol və XalqKart Cashback indi PULSUZ!

Xalq Bank yeni kampaniyayla müştərilərə XalqKartı pulsuz əldə etmək imkanı yaradır. Belə ki, 20 noyabr tarixədək hər kəs XalqKart Petrol və XalqKart Cashback kartlarını pulsuz əldə edə biləcək.

XalqKart Petrol - nağdsız əməliyyatlara görə 3 % Oil bonus qazandıran ödəniş kartıdır. Bu kartla müştərilər həm ölkə daxilində, həm də xaricdə apardığı nağdsız ödənişlərdən Oil bonusları qazanır və toplanmış bonusları ölkənin ən geniş Azpetrol YDM şəbəkəsində yanacağa dəyişirlər. XalqKart Cashback kartı isə əməliyyatın 2%-i qədər keşbek qazandıran ödəniş kartıdır. Hər iki kartda AZN qalığına illik 8% əlavə gəlir, ölkədaxili bütün kartlara aylıq 5000 AZN-dək pulsuz köçürmə, aylıq 1000 AZN-dək komissiyasız nağdlaşdırma və balansın komissiyasız artırılması imkanları mövcuddur. Qeyd edək ki, kampaniyaya ayrılmış kart sayı məhduddur.

XalqKartı Bankın filiallarında, yaxud https://cardorder.xalqbank.az/ səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür. Bakı ərazisində çatdırılma pulsuzdur.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.