9 September 2024
XalqKartda 5% keşbek/bonusla “Məktəbə qayıdış”
Xalq Bank XalqKart müştərilərinə məktəbə qayıdış həyəcanını sərfəli alış-verişlə qeyd etmək fürsətini təklif edir. 31 oktyabradək XalqKart sahibləri 5 kateqoriya üzrə alış-verişdə 5% keşbek/petrol qazanacaqlar. Belə ki, kampaniya müddəti ərzində XalqKart Petrol kartı kitab, məktəb və ofis ləvazimatları, kompüter və elektrik avadanlıqlarının alışı, gül və hədiyyə mağazaları, eləcə də gözəllik salonlarında 5% petrol, XalqKart Cashback kartı isə 5% keşbek qazandıracaq.
Xatırladaq ki, XalqKart Petrol ilə müştərilər həm ölkə daxilində, həm də xaricdə apardığı nağdsız ödənişlərdən 3% bonus qazanıb toplanmış bonusları ölkənin ən geniş Azpetrol YDM şəbəkəsində yanacağa dəyişə bilərlər. XalqKart Cashback kartı isə nağdsız əməliyyatlardan 2% keşbek qazandıran ödəniş kartıdır. Hər iki kartda olan digər üstünlüklər bunlardır:
- AZN qalığına illik 8% əlavə gəlir;
- ölkədaxili bütün kartlara aylıq 5000 AZN-dək komissiyasız köçürmə;
- aylıq 1000 AZN-dək komissiyasız nağdlaşdırma;
- kartın onlayn sifarişi və pulsuz çatdırılma.
Hər bir kart üzrə müştəri aylıq 300 AZN məbləğində keşbek qazana bilər.
XalqKartı Bankın filiallarında, yaxud https://cardorder.xalqbank.az// səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür. Bakı ərazisində çatdırılma pulsuzdur.