6 March 2023
XalqKartda 8% kəşbək!
Müştərilərini hər zaman maraqlı və sərfəli kampaniyalarla sevindirən Xalq Bank XalqKart sahibləri üçün yeni kampaniyaya start verir. Belə ki, 6 mart – 10 aprel tarixlərdə davam edəcək kampaniyada XalqKart Petrol kartları bütün kafe-restoran, geyim, parfümeriya, gül dükanlarında aparılan nağdsız ödənişlərdən 8% petrol, XalqKart Cashback kartları isə 8% kəşbək qazandıracaq! Kampaniyada iştirak edən MCC kodlar: 5699, 5698, 5697, 5691, 5681, 5661, 5655, 5651, 5641, 5631, 5621, 5611, 5139, 5137, 7296, 5948, 5931, 7631, 5811, 5812, 5813, 5814, 5977, 5992, 5193.
Qeyd edək ki, XalqKart məhsulu üzrə aylıq maksimum 300 AZN/OİL qazanmaq mümkündür.
Xatırladaq ki, XalqKart Petrol gündəlik alış-verişdən pulsuz yanacaq qazandıran ödəniş kartıdır. Bu kartla siz həm ölkə daxilində, həm də xaricdə apardığınız nağdsız ödənişlərdən Oil bonusları qazana və toplanmış bonusları ölkənin ən geniş Azpetrol YDM şəbəkəsində yanacağa dəyişdirə bilərsiniz. XalqKart Cashback kartı isə sərfəli kəşbək qazancı təklif edən ödəniş kartıdır. Hər iki kartda AZN qalığına illik 8% əlavə gəlir, ölkədaxili bütün kartlara aylıq 5000 AZN-dək pulsuz Card to Card, komissiyasız həm nağdlaşdırma, həm də balansın artırılması imkanları mövcuddur.
XalqKartı Bankın filiallarında, yaxud cardorder.xalqbank.az səhifəsinə keçid edərək onlayn sifariş edə bilərsiniz. Bakı ərazisində çatdırılma pulsuzdur.