3 March 2025
8 Marta özəl kampaniya

Xalq Bank 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə dəyərli xanım müştərilərini xüsusi hədiyyə ilə sevindirir. Bu bayram ərəfəsində Bank 03-16 mart tarixlərdə davam edəcək kampaniya daxilində 1 illik Visa Platinum kartını xanımlara pulsuz təqdim edir.
Visa Platinum kartı vasitəsilə dünyanın istənilən nöqtəsində müxtəlif xidmətlərdən yararlanmaq, o cümlədən vəsait nağdlaşdırmaq, onlayn alış-veriş etmək və Apple Pay/Google Pay xidməti ilə ödənişlər aparmaq mümkündür. Visa Platinum kartı ilə səyahət zamanı 24/7 peşəkar Visa konsyerj servisi, müxtəlif hava limanlarının biznes zallarına ödənişsiz keçid, hava limanlarında pulsuz sürətli keçid (Fast Track), sürücü xidməti, rouminqdə pulsuz internet, Heydər Əliyev Beynəlxalq Aeroportu, Türkiyə və BƏƏ-nin müxtəlif hava limanlarında pulsuz transfer xidmətindən istifadə etmək olar.
Kampaniyaya ayrılmış kart sayı məhduddur. Kartı Bankın filiallarında və ya https://cardorder.xalqbank.az// səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür. Bakı ərazisində çatdırılma pulsuzdur.