7 February 2025
Avtokredit üzrə kampaniya davam edir!

Xalq Bank yeni avtomobil əldə etmək istəyənlər üçün sərfəli şərtlərlə təklif etdiyi kredit kampaniyasının müddətini uzatdı.
Belə ki, 31.03.2025 il tarixinədək davam edəcək kampaniya ərzində “Autolux Azerbaijan” şirkətinin təqdim etdiyi avtomobil modelləri bu şərtlərlə təqdim edilir:
- 1-12 ay - illik 12%
- 13-36 ay – illik 13 %
- 37-59 ay – illik 14 %
Kampaniya şərtlərinə əsasən Xalq Bankın digər tərəfdaş avtodilerlərindən alınması üçün avtomobil krediti üzrə şərtlər aşağıdakı kimidir:
- elektrik və hibrid mühərrikli: 1-12 ay – illik 12 %, 13-36 ay – illik 13 %, 37-59 ay – illik 14 %;
- Digər mühərrikli (benzin, dizel və s.): 1-12 ay – illik 14 %, 13 - 36 ay – illik 15 %, 37-59 ay – illik 16 %
Borcalan tərəfindən edilən ilkin ödənişin minimal məbləği kreditin rəsmiləşdirilməsi anında elektrik mühərrikli avtonəqliyyat vasitəsinin istehsal tarixindən keçən müddət 1 il və ya ondan az olduqda – 20% təşkil edir.
Tərəfdaş avtodilerlərin siyahısı ilə tanış olmaq üçün keçid edə bilərsiniz: https://www.xalqbank.az/az/ferdi/kreditler/avtomobil