AÖS

Ani Ödənişlər Sistemi (AÖS) – heç bir vaxt məhdudiyyəti olmadan, ölkədaxili milli valyutada olan köçürmələrin saniyələr ərzində aparılmasını təmin edən sistemdir.

Xidmətdən yararlanmaqla biznes sahibləri hesabları arasında köçürmələri, vergi və digər ödənişləri bank hesabı üzərindən sadələşdirilmiş identifikatorla 24/7 rejimində onlayn icra edə biləcəklər.
AÖS ölkədaxili manat köçürmələrinin ani və sürətli icrası ilə yanaşı, ödənişlərin hesaba anında qəbulunu da təmin edir. Bu da sahibkarlara müxtəlif ödənişləri iş saatlarını gözləmədən həyata keçirməyə imkan verir.

Həmçinin, AÖS qeydiyyatınız yoxdursa, XalqOnline üzərindən qeydiyyatdan keçə bilərsiniz.