Əmək haqqı layihəsi

XalqOnline sahibkar və hüquqi şəxslər üçün əmək haqqı layihəsinin idarəedilməsi imkanı yaradır.

  • Əmək Haqqı köçürməsi: maaş, ezamiyyə, mükafat və işçilərə ödəniləcək digər məbləğləri köçürmək mümkündür. Əmək haqqı ödənişləri günün istənilən vaxtında 24/7 rejimdə icra edilir.
  • Yeni əməkdaşların qoşulması və imza üçün sənədlər: əməkdaş əlavə etmək, əməkdaşı siyahıdan ayırmaq, vaxtı bitmiş kartlarının müddətini uzadmaq, yeni kart sifariş etmək və yığılmış əmək haqqı ödənişlərini təsdiq etmək mümkündür.
  • Əmək haqqı layihəsinin idarə edilməsi: ümumi əməkdaşlarının siyahısını, müddəti bitmiş əmək haqqı kartlarını, İdentifikasiya olunmamış sifarişləri , əəmək haqqı layihəsindən ayırmaları və əlavə edilmiş yeni əməkdaşların məlumatlarını izləmək mümkündür.

XalqOnline İnternet Bankçılıq xidmətindən istifadə edərək, Siz əmək haqqı layihələrinin idarə edilməsini sadələşdirə və proseslərin səmərəliliyini artıra bilərsiniz.