Onlayn sifarişlər və müraciətlər

XalqOnline korporativ müştərilərə bizneslərini asan və səmərəli idarə etmək üçün geniş çeşidli xidmətlər təklif edir.

Onlayn hesabların açılması
Hesabın açılması prosesi sürətli və sadədir, mütəxəssislərimiz isə hər mərhələdə sizə kömək etməyə hazırdır.

Qarantiyalar və akkreditivlər
Təhlükəsiz ödənişləri təmin edəcək və biznesiniz üçün riskləri azaldacaq akkreditivlər və bank zəmanətləri üçün asanlıqla XalqOnline vasitəsilə müraciət edə bilərsiniz

E-commerce və e-link
E-ticarət həllərimiz onlayn ticarət imkanlarınızı genişləndirir. Ödəniş sistemlərinin inteqrasiyası və onlayn satış prosesinin sadələşdirilməsi üçün bu xidmətlərin aktivləşdirilməsi üzrə müraciət edilməsi birbaşa XalqOnline-da mümkündür.

 

Biznes kartların onlayn sifarişi
Korporativ xərclərin idarə edilməsi üçün ideal vasitə olan biznes kartların sifariş üçün filiala yaxınlaşmağa ehtiyac yoxdur. Müraciət XalqOnline vasitəsilə həyata keçirilir, bu da prosesi tez və asan edir.