XalqOnline ümumi məlumat

Xalq Bankın təqdim etdiyi XalqOnline internet bankçılıq xidməti müasir texnoloji standartlara cavab verən çoxfunksiyalı rəqəmsal həlldir

Harada olduğunuzdan asılı olmayaraq həmişə Sizinlə olan bir maliyyə xidmətini təsəvvür edin.
İnternet bankçılıq xidmətimiz evinizdən və ya ofisinizdən çıxmadan hesablarınızı tez, rahat və təhlükəsiz idarə etmək üçün unikal imkan yaradır.

Üstünlüklər:

  • 24/7 rejimində bank xidmətlərindən istifadə
  • Sərfəli tariflər
  • Bir Login ilə fərdi və korporativ hesablar arasında çevik keçid imkanı
  • Sənədləri ASAN imza vasitəsilə imzalamaq imkanı
  • Əməliyyatların icra mərhələsində izlənilməsi
  • Onlayn konsultasiya xidməti
  • AZ/EN/RU dillərində rahat interfeys

Əməliyyatlar:

  • Ölkədaxili ödəniş tapşırıqları
  • Toplu ödənişlər
  • Konvertasiya əməliyyatları
  • Beynəlxalq köçürmələr
  • Hesabdan çıxarış
  • Əmək haqqı layihəsinin idarə olunması
  • Məsafədən hesabın açılması
  • Məsafədən biznes kartların açılması
  • E-link xidməti
  • Ticarət platforması
  • QR ödəniş
  • AniPay
  • APİ xidməti və s.