Biznes sahibləri Xalq Bankın təklif etdiyi korporativ kartları əldə edərək ezamiyyət, təsərrüfat, gömrük və digər xərclərin, eyni zamanda onlayn alışların ödənilməsini həyata keçirə bilərlər. Həmçinin, bu plastik kartlarla müəyyən edilmiş limit çərçivəsində xərcləri məhdudlaşdırmaq, onlara nəzarət etmək, eləcə də ezamiyyə xərclərinin verilməsinə sərf olunan vaxt və əməliyyat xərclərini azaltmaq mümkündür.
XalqOnline sistemi ilə biznes kartınız üzrə əməliyyatlara nəzarət edə və limitləri tənzimləyə bilərsiniz.